Rusiyanın paytaxtı Moskvada yüksək temperaturla əlaqədar həftəsonu üçün "narıncı" təhlükə səviyyəsi elan edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiyanın Hidrometeorologiya mərkəzi bildirib.
Qeyd olunur ki, istirahət günlərində şəhər ərazisində temperatur 30-32 dərəcə təşkil edəcək.
Günorta saatlarında sakinlərə açıq havada gəzməmək tövsiyə olunub.
Qeyd edək ki, "narıncı" təhlükə səviyyəsi hava şəraiti ilə əlaqədar elan olunan 4 səviyyədən üçüncüsüdür. Ən yüksək səviyyə "qırmızı" təhlükə səviyyəsidir.
Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq
“Yay məktəbi”nin iştirakçıları deputat Hikmət Babaoğlu və yazıçı Elxan Elatlı ilə görüşüb