25 iyun 2022 14:18
731

Mirhəsən Seyidov vətəndaşları qəbul edib

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətini vətəndaş məmnunluğunun artırılması, vətəndaşların problem və çətinliklərinin operativ və obyektiv şəkildə həlli istiqamətində tədbirlər görülməsi təşkil edir. Neftçala rayonunda da qeyd edilən istiqamətlərdə işlərin həyata keçirilməsi ilə əlaqədar olaraq verilən tapşırıq və tövsiyyələr üzrə işlər daima həyata keçirilir.

Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov vətəndaşları RİH-nin inzibati binasında fərdi şəkildə, təsdiq olunmuş qrafik üzrə isə rayonun kənd və qəsəbələrində səyyar formada qəbul edir, problemlərini dinləyir, həlli istiqamətində aidiyyatı üzrə tapşırıqlar verir.       

“İki sahil” xəbər verir ki, Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında növbəti fərdi qəbul 24.06.2022-ci il tarixdə keçirilib. Müraciətlər əsasən yolların təmir olunması, suvarma suyu ilə təminat, yararsız elektrik naqillərinin yenisi ilə təmin olunması və digər problemlərlə əlaqədar olub. Vətəndaşların problemləri ayrı-ayrılıqda dinlənilib. Bəzi məsələlər müzakirə zamanı həllini tapıb,digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.