25 iyun 2022 16:34
800

Rusiyanın patriarxı yıxıldı

Moskva və bütün Rusiyanın patriarxı Kirill (Vladimir Qundayev) iyunun 25-də Novorossiysk kilsəsində mərasim zamanı yıxılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat və videomaterial yayıb.

Bildirilib ki, mühafizəçiləri, protokol xidməti və onun yanında duranlar Kirillin yıxılmasının qarşısını ala bilməyib. Məlumata görə, patriarxın yıxılmasına səbəb koronavirusdur. Pandemiya ilə əlaqədar Kirill ona yaxınlaşmağı qadağan edib.