25 iyun 2022 17:01
629

Yunanıstanda meşə yanır

Yunanıstanın Afon dağında meşə yanğını başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin yanğınsöndürmə xidməti öz "Twitter" səhifəsində bildirib.

Yanğının söndürülüməsi üçün quru qoşunları səfərbər olunub. Bölgəyə 112 yanğınsöndürən, 35 maşın, 6 təyyarə və 2 helikopter cəlb edilib.

Qeyd edək ki, Afon dağında 20 pravoslav monastırı yerləşir. Bölgə UNESCO-nun ümumdünya irs obyektləri sırasına daxildir.