25 iyun 2022 16:49
639

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) 1 min 385 peyvənd vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 234, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 166, “buster” doza ilə peyvənd olunanların sayı 843, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 142 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 760 min 616, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 353 min 365, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 853 min 88 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 305 min 378, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 248 min 785 nəfərdir.