25 iyun 2022 21:17
613

Yoxlama oyunu: "Qarabağ" "Botoşani"ni darmadağın edib

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" komandası bu gün ilk yoxlama oyununu keçirib.

“İki sahil” xəbər verir ki, rəqib Rumıniya "Botoşani"si olub. Kössen stadionunda təşkil olunan qarşılaşma "köhlən atlar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam klubunun heyətində qolları 11-ci dəqiqədə Kadi Borges, 15-ci dəqiqədə Marko Veşoviç, 40-cı və 58-ci dəqiqələrdə isə İbrahima Vadji vurub.

Yoxlama oyunu

25 iyun

19:00. "Qarabağ" 4-0 "Botoşani" (Rumıniya)

Qollar: Kadi Borges, 11, Marko Veşoviç, 15, İbrahima Vadji, 40; 58

Kössen stadionu

Qeyd edək ki, növbəti oyunlar iyunun 29-da olacaq. "Qarabağ" həmin gün Almaniyanın "Holştayn Kiel" və Rumıniyanın "Universitatya Krayova" klubları ilə üz-üzə gələcək.

"Botoşani" ötən mövsüm Rumıniyanın yüksək liqasını 7-ci pillədə başa vurub və pley-off matçında "Universitatya Krayova"ya uduzaraq, UEFA Konfrans Liqasına vəsiqə qazana bilməyib.