25 iyun 2022 22:00
823

Şəhid Ruslan Kazımovun ildönümündə xatirəsi anılıb

25 iyun 2022-ci il ağstafalı Vətən müharibəsi şəhidi Kazımov Ruslan Mustafa oğlunun ildönümüdür. Bu münasibətilə Kolxəlfəli kənd qəbirstanlığında məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, şöbənin əməkdaşı Vüqar Həsənov, Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin əməkdaşı, şəhidimizin ailə üzvləri, Ərazi Partiya Təşkilatının fəalları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Daha sonra tədbir iştirakçıları şəhid Ruslan Kazımovun ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüzünlə başsağlığı veriblər. Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhidimizin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!