26 iyun 2022 02:02
737

Braziliyada təyyarə qəzası 3 nəfərin ölümünə səbəb olub

Braziliyanın San-Paulu ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

"İki sahil" xəbər verir ki, bu barədə bölgənin xilasetmə xidməti məlumat yayıb.

Qeyd olunur ki, hadisə yerli vaxtla 12:00 radələrində ştatın paytaxtı olan San-Paulu şəhərindən 120 kilometr məsafədə baş verib. Təyarrə meşə zolağına çırpılaraq yanıb.

Yerli KİV təyyarədə üç nəfərin olduğunu, onlardan heç birinin sağ qalmadığını bildirir.