30 iyun 2022 14:00
602

Mərkəzi Bank 26 sığorta agentinin lisenziyasını bərpa edib

Azərbaycan Mərkəzi Bankı (AMB) 26 sığorta agentinə verildiyi lisenziyanı bərpa edib.

Bu barədə "İki sahil"ə AMB-dən bildirilib.

Məlumata görə, bununla bağlı qərar iyunun 28-də verilib və "Sığorta fəaliyyəti haqqında” Qanunun 111.1-ci maddəsinə əsasən lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılması ilə əlaqədardır.