30 iyun 2022 13:45
581

Ruben Rubinyan: Ermənistan-Türkiyə sərhədinin delimitasiyası məsələsi gündəmdə yoxdur

Ermənistan-Türkiyə sərhədinin delimitasiyası məsələsi gündəmdə yoxdur.

“İki sahil” “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan jurnalistlərə açıqlamasında deyib.

O, heç bir konkret sənədin müzakirə edilmədiyini əlavə edib.