30 iyun 2022 14:10
689

Kəşmirdə repressiyalara qarşı səssizlik QH-nın dəyərlərinə ziddir

Kəşmirdə və Fələstində repressiya və təzyiqlərə qarşı səssizlik beynəlxalq prinsiplərə, həm də Qoşulmama Hərəkatının dəyərlərinə ziddir.

“İki sahil” xəbər verir ki, bunu Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında deyib. Senat sədri deyib ki, xalqların öz müqəddəratını təyin etmə hüquq var, ancaq bu terrorla qarışdırılmamalıdır.

"Pakistan şiddətə, terrora qarşı hər zaman mübarizə aparıb, regionumuzda stabillik üçün terrorla mübarizədə biz bu illər ərzində 70 min itki vermişik. Pakistan xalqlar və regionlar arasında münaqişələrin sülh və dialoq yolu ilə həllini dəstəkləyir.

Pakistan qlobal sülh, çiçəklənmə, inkişaf naminə əməkdaşlığı hər zaman dəstəkləyib və bunu siyasi kursunda prioritet hesab edib. Biz qısamüddətli yox, uzunmüddətli strategiyaya diqqət yönəltməli, yalnız öz xalqlarımızı deyil, qlobal dünyanı düşünməliyik", - deyə Senat sədri deyib.