11 mart 2016 14:48
335

Dənizin rəngi dəyişdi

Egey dənizinin rəngi dəyişib. Bir anda dəniz suyunun qırmızı və qəhvəyi rəngə boyanması sakinlər arasında təşvişə səbəb olub.

"İki sahil" Publika.az-a istinadən xəbər verir ki, hadisə Balıkəsirdə, Bandırma körfəzində müşahidə edilib.

Təkhüceyrəli orqanizmlərin həddindən artıq çoxalması və sonra toplu halda su üzünə hücumları ilə yosun partlaması baş verib. Nəticədə dəniz suyunun rəngi dəyişib.
 
Balıqçılar iddia edirlər ki, buna səbəb dəniz suyunun vaxtından əvvəl istiləşməsidir. Onların sözlərinə görə, Bandırma Körfəzi hər il bir neçə dəfə ALG adı verilən və təkhüceyrəli canlılardakı artım səbəbiylə rəng dəyişdirir.
Bir müddət sonra dənizdəki qırmızılıq ortadan itərək dəniz köhnə rənginə bürünəcək.

"ALG Patlaması" olaraq bilinən "Qırmızı Axın" (Red-Tide), bir və ya bir neçə yosun (fitoplankton) növünün, qida maddələrinin mühitdəki sıxlıqdan çoxalması ilə əlaqədar olaraq populyasiyalarında  artım baş verir. Bununla da sudakı oksigen səviyyəsinin azalması səbəbiylə ölərək su səthini qırmızı və ya qəhvəyi  rəngə boyayırlar.