Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovun səyyar qəbul görüşü Osyodərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Osyodərə,
Bülüdül, Biləvər, Şivlə, Xanəgah, Gendov, Geskon və Züvüc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Züvüc, Zövnə, Çeşman və Arta
kəndlərinin sakinləri arasında baş tutdu.
Tədbirdə icra hakimiyyəti aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak edirdilər. İcra başçısı görüş iştirakçılarını salamladı və bildirdi ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün sizlərlə görüşürük. Əsas məqsəd kənddəki mövcud vəziyyəti vətəndaşların dilindən öyrənərək həlli mümkün olan məsələləri yerinə qoymaq, ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır. Kənd sakinləri çıxış edib bir sıra məsələlərlə bağlı rəy və təkliflərini söylədilər. Qaldırılan hər bir təklif və şikayətlərin araşdırılması, icrasına nail olmaq məqsədilə görüləcək tədbirlər qeyd alındı, onların həllindən ötrü müvafiq qurumlara tapşırıqlar verildi. Rayon rəhbəri Züvüc kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Şahin Afat oğlu Tahirlinin xatirəsinə inşa edilmiş bulaq kompleksini baş çəkdi, şəhidin atası ilə görüşdü, ailənin bütün problemlərinə dəstək olmağı dedi.
Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Xudutəpə qədim yaşayış məskənində ocaq qurğuları və onların qalıqları aşkar olunub