Malayziyanın Kinabatanqan şəhərində ailəsi ilə çayın sahilində balıq tutan qadını timsah parçalayıb.
“İki sahil” xəbər verir ki, yırtıcı 32 yaşlı Norsila Sayonqa qohumlarının gözü qarşısında hücum edib.
Onu timsahın ağzından qoparmağa çalışsalar da, alınmayıb.
Mərhumun meyiti sonuncu dəfə göründüyü yerdən 800 metr aralıda tapılıb. Xilasedicilər qalıqları çaydan çıxarıb və müayinə olunmaq üçün polisə təhvil veriblər.
İran ordusu Hörmüz boğazı üzərində “Orbiter” kəşfiyyat PUA-sını vurduğunu açıqlayıb