02 avqust 2022 20:09
1266

YAP Salyan rayon təşkilatının sədr müavini yol qəzasında ölüb

Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvarı yol qəzası baş verib.

“İki sahil” xəbər verir ki,  hadisə Sabirabadın Qaragüney kəndində, Şirvan-Salyan magistralında qeydə alınıb.

"Mercedes" markalı minik və yük maşınlarının, “VAZ-2107” markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfərin hadisə yerində öldüyü, 6 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Zəncirvarı yol qəzasında ölən şəxsin kimliyi məlum olub. Qəzada ölən şəxs Salyan sakini, 1990-cı il təvəllüdlü Fazil Sabir oğlu Məhərrəmovdur. O, YAP Salyan rayon təşkilatının sədr müavini idi.

Faktla bağlı araşdırma aparılır.