Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələrinin Ukraynadan qarğıdalı gətirən gəmini yoxlaması başa çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 27 min ton qarğıdalı daşıyan gəmi Liviyaya gedəcək. Gəminin yaxın zamanda İstanbul boğazından yola düşəcəyi gözlənilir.