05 avqust 2022 23:54
572

Vətəndaşları su ilə bağlı narahat edən əsas problemlər hansılardır? FOTO

Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat  katibi Dilqəm Şərifov “İki sahil”ə  bildirib ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2022-ci  ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq,  Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov avqustun 5-də  Haclqabul şəhərində Hacıqabul və Şirvan rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Qəbuldan əvvəl Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov  və Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Saleh Ələskərov  ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov  Hacıqabul Suvarma Sistemləri İdarəsinin inzibati binasında Hacıqabul və Şirvan  rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, suvarma kanallarının  beton üzlüyə alınması, nasos stansiyaların quraşdırılması, su buraxıcı qurğuların tikilməsi,  kanalların lildən təmizlənməsi, həmçinin Cəmiyyətin səlahiyyətlərinə aid olmayan müxtəlif  məsələləri əhatə edib.

Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən Azərbaycan Meliorasiya və Su  Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verib.  Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub,  raşılaşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb. Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və  əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya  görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.