05 avqust 2022 20:37
967

Ziyafət Əsgərov Astarada seçiciləri ilə görüşüb FOTO

76 saylı Lənkəran-Astara seçki dairəsi üzrə Milli Məclisin deputatı, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov YAP Astara rayon təşkilatı aparatının konfrans zalında seçiciləri, şəhid ailələrinin üzvləri və qazilərlə görüş keçirib.



“İki sahil” xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov da iştirak edib.

Səmimi görüş zamanı seçicilərin müraciətləri deputat tərəfindən diqqətlə dinlənilib, Milli Məclisin deputatının səlahiyyətlərinə aid olan müraciətlərin qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara çatdırılması məsələsi müzakirə olunub. Eyni zamanda, görüşdə iştirak etmiş seçicilərin bir qismi artıq həllini tapmış məsələlərlə bağlı Milli Məclisin deputatı Ziyafət Əsgərova dərin təşəkkürlərini ifadə ediblər.



Qəbulda iştirak edən vətəndaşlar müraciətlərinə diqqət və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.