06 avqust 2022 00:32
583

Laçın dəhlizinə alternativ yolun inşası başa çatmaq üzrədir

Prezident İlham Əliyev Azərbaycan tərəfindən Laçın dəhlizinə alternativ yolun inşasısının başa çatmaq üzrə olduğunu deyib.

“İki sahil” xəbər verir ki,  bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında bildirib.

Dövlət başçısı vurğulayıb ki, bu yol hazır olandan sonra üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Rusiya sülhməramlı qüvvələrinin kontingenti həmin yola dislokasiya olunacaq.