09 avqust 2022 00:50
671

Tahir Gözəl "Qarabağ"a dəstək olmaq üçün Budapeştə gedib

"Qarabağ"ın prezidenti Tahir Gözəl komandaya dəstək olmaq üçün Macarıstanın paytaxtı Budapeştə gedib.

“İki sahil” klubun rəsmi saytına istinadla xəbər verir ki, funksioner "Ferentsvaroş"la UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu öncəsi komanda üzvləri ilə görüşəcək. O, daha sonra qarşılaşmanı stadiondan izləyəcək.

Qeyd edək ki, avqustun 9-da Budapeştdəki "Groupama Arena"da oynanılacaq "Ferentsvaroş" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.