09 avqust 2022 09:23
557

Tibetdə ilk dəfə koronavirusa yoluxma aşkarlanıb

Çin hökuməti COVID-19-un yayıldığı iki il yarım ərzində ilk dəfə olaraq Tibet muxtar rayonunda koronavirusa yoluxma aşkarlayıblar.

"İki sahil" xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.

Belə ki, son sutka ərzində həkimlər ölkənin qərbində yerləşən bu bölgədə 22 yoluxma halını qeydə alıb.

Tibetdə 920 gündən artıq idi ki, koronavirusa yoluxma aşkarlanmırdı.

Son sutka ərzində Çində COVID-19-a yeni 939 yoluxma, o cümlədən 540 simptomatik hal qeydə alınıb. Ən çətin epidemik vəziyyət, həkimlərin bir həftə əvvəl virusun yayılmasını aşkar etdiyi cənub əyaləti Haynandadır.