09 avqust 2022 10:36
495

Bakıda ata və oğlu sürücünü döydülər

Bakının Binəqədi rayonunda piyadalar sürücünü döyüb.

“İki sahil” xəbər verir ki, bu barədə APA məlumat yayıb.

Bildirilib ki, hadisə Sulutəpə qəsəbəsi ərazisində baş verib.

1994-cü il təvəllüdlü Quluzadə Elgün Əvəz oğlu və atası, 1968-ci il təvəllüdlü Əvəz Quluzadə yolun piyadalar üçün müəyyən edilmiş hissəsindən keçərkən onları avtomobil vurub.

Xəsarət alan şəxslər avtomobil sürücüsü ilə əlbəyaxa dava ediblər. Piyadaların hər ikisi müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.