09 avqust 2022 11:23
491

Respublika olimpiadaçısı və “Huawei” müsabiqəsinin qalibi: BANM-ı seçməkdə düzgün qərar vermişəm

Roman Tolstoşeyev Bakı Ali Neft Məktəbinə (BANM) müsabiqədənkənar qəbul olunan tələbələrdəndir. O, BANM–in İnformasiya təhlükəsizliyi ixtisasının 3-cü kursuna keçir.

Məktəbdən “İki sahil”ə verilən məlumata görə, Roman Tolstoşeyevin təmsil olunduğu “9G” adlı komanda “Huawei” şirkətinin keçirdiyi “Tech4Good” müsabiqəsinin qalibi olub. O, həmçinin “Huawei Seeds Of The Future Alumni” sertifikatına və akademik nəticələrinə görə “Huawei” şirkətinin xüsusi hədiyyələrinə layiq görülüb. “9G” adlanan komandada Romanla yanaşı, BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələri Fidan Quliyeva, Sultanə Sultanova və  Neft-qaz mühəndisliyi ixtisasının tələbəsi Rəhimə Abbasova da təmsil olunub. Müsabiqədə Azərbaycan, Türkiyə, Kabo-Verdedən olan 90 tələbə iştirak edib.

Roman Tolstoşeyev Respublika Fənn Olimpiadasında 2017-ci və 2020-ci illərdə gümüş və bürünc medallara layiq görülüb. 2020-ci ildə “Sabahın alimləri” IX Respublika müsabiqəsində III yeri tutub və bürünc medal qazanıb.