Lerik rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov icra hakimiyyətinin inzibati binasında keçirilən növbəti qəbuldə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə 153 vətəndaşı dinlənilib.
Onların arasında olan şəhid ailələri, Vətən uğrunda sağlamlığını qoyan döyüşçülər və müharibə iştirakçıları bir qayda olaraq növbədənkənar qəbul edildi. Başçının qapısını açanların hamısı da buraya böyük inamla gəlmişdi. Onların müraciətləri əsasən işlə təmin olunma, qaz çəkilişi, içməli su problemi, maddi yardım, ev tikintisi, torpaq məsələləri, elektrik təsərrüfatı və digər sosial məsələlərlə bağlı idi.
Hər bir kəsə həssas münasibət göstərən icra başçısı Əkbər Abbasov vətəndaşlar tərəfindən qaldırılan müraciətlərin araşdırılması, icrası ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi, eləcə də onların həyata keçirməsini nəzarətə götürdü.
Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibəti ilə mükafatlandırdı - FOTO