Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev paytaxt Nur-Sultanda yeni məscidin açılışında iştirak edib.
“İki sahil” Kazinform-a istinadla xəbər verir ki, o, müstəqillik illərində Qazaxıstanda çoxlu sayda məscid inşa edildiyini vurğulayıb.

“Bu hadisə təkcə paytaxtımız üçün deyil, bütün sakinlər, müsəlmanlar üçün önəmli hadisədir. Müstəqillik əldə olunduqdan sonra bütün regionlarda məscidlər açırıq. Qoy, Allah bu məscidlərdə oxunan bütün duaları eşitsin. 2019-cu ilin martında səlahiyyətlərim başa çatmazdan 1 gün öncə mən bu məscidin ilk daşını qoydum. Mənimlə hazırkı Prezident Kasım-Jomart Tokayev də var idi. Biz dua edirik ki, Allah bizi qorusun və dövlətimiz çiçəklənsin”, - o deyib.
Qeyd edək ki, yeni məsciddə eyni zamanda 235 min insan namaz qıla biləcək.
İranın ABŞ ilə müzakirələrin başlaması üçün irəli sürdüyü yeddi şərt açıqlanıb
Trampın iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarə ələ keçirilib
Cim Retkliff Böyük Britaniyanın qaz çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib