İrəvanın “Surmalu” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 34 nəfərə çatıb. Həmçinin dağıntılar altında 10 nəfərin qaldığı da qeyd olunur.
Partlayış zamanı xəsarət alan beş yaşlı qız hazırda reanimasiyadadır, onun həyatı üçün heç bir təhlükə yoxdur.
Ermənistan Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın hələ də söndürülməyib.
***
Ermənistanın paytaxtı İrəvanda topdansatış bazarında güclü partlayış baş verib.
"İki sahil" xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yerli KİV-in bildirdiyinə görə, hadisə İrəvanda, “Surmalu” ticarət mərkəzində qeydə alınıb. Partlayış zamanı xəsarət alanların olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi, yaralıların sayı açıqlanmır. Əraziyə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
İranın ABŞ ilə müzakirələrin başlaması üçün irəli sürdüyü yeddi şərt açıqlanıb
Trampın iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarə ələ keçirilib
Cim Retkliff Böyük Britaniyanın qaz çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib