15 avqust 2022 08:54
899

“Formula 1” bolidini şossedə sürdü

Çexiyada Pribram şəhəri yaxınlığında naməlum sürücü “Ferrari” yarış avtomobili ilə ictimai şossedə hərəkət edib.

Polis sürücünün şəxsiyyətini müəyyən edə bilməyib.

Bolidin 2005-2016-cı illərdəki “Ferrari” komandasının avtomobillərinə bənzədiyi bildirilib.

Qeyd olunub ki, bu, bu avtomobillə bağlı ilk belə hal deyil. Eyni bolid 2019-cu ildə də həmin magistralda görünüb. O zamn da hüquq-mühafizə orqanları qanun pozucusunu tapa bilməyib.

Oxu.Az