Yollar gölə çevrildi, insanlar çətin durumda qaldılar
Türkiyənin İstanbul şəhəri səhər saatlarından başlayaraq leysanın və daşqınların əsarətinə düşüb. Yolları, küçələri su basıb, nəqliyyatın hərəkətində problemlər yaranıb.
“İki sahil” xəbər verir ki, ölkənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) təbii fəlakətlə bağlı sakinlərə xəbərdarlıq edib.
“İstanbulda güclü yağışın davam edəcəyi gözlənilir. Sel, şimşək, dolu, burulğan kimi hadisələrə qarşı tədbirli olmaq lazımdır”, - deyə məlumatda bildirilir.
Bundan başqa, ölkənin daha 17 vilayətinə leysan və daşqın xəbərdarlığı edilib.
İranın ABŞ ilə müzakirələrin başlaması üçün irəli sürdüyü yeddi şərt açıqlanıb
Trampın iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarə ələ keçirilib
Cim Retkliff Böyük Britaniyanın qaz çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib