15 avqust 2022 14:03
448

KOBİA bu ilin ilk yarısında 8 minə yaxın sahibkara dəstək göstərib

2022-ci ilin I yarısında KOB inkişaf mərkəzləri (KOBİM) 8 minə yaxın KOB subyektinə və biznesə başlamaq istəyən şəxslərə bilik və bacarıqlarının artırılması üçün ödənişsiz olaraq 400-dən çox təlim keçib.

“İki sahil” xəbər verir ki,   bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov özünün "Twitter" hesabında yazıb.

O.Məmmədovun sözlərinə görə, 1 000-ə yaxın sahibkara məsləhət xidməti göstərilib, 170-a yaxın biznes-plan hazırlanıb.