15 avqust 2022 14:38
511

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti publik hüquqi şəxsə çevrilib

Nazirlər Kabineti “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi barədə” qərar verib.

“İki sahil” xəbər verir ki, qərara əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Qərarla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Nizamnaməsi təsdiqlənib.