Xəzər rayonu, Buzovna qəsəbəsində sökülən qanunsuz tikililərin qalıqlarının təmizlənməsi prosesləri davam etdirilir.
“İki sahil” xəbər verir ki, nu barədə Xəzər Rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyindən məlumat verilib.
Bildirilib ki, Buzovna çimərliyinin ərazisində aparılan təmizlik işləri Bakı şəhəri və Xəzər Rayon İcra Hakimiyyətinin nəzarəti altında davam etdirilir.
Belə ki, texnikanın dağıtdığı tikintilərin qalıqlarını şəhər və rayonun Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən təmizlənir. Ərazidə canlı qüvvə ilə yanaşı, həm də texnikalardan istifadə edilir.
Əkbər Qoşalı Başqurdistan Yazıçılar Birliyinin ən yüksək medalı ilə təltif olunub - FOTO
Azərbaycandan bir qrup qazi və onların ailə üzvü Ankara Hava Muzeyi Baş İdarəsində olub