Azərbaycan və Monteneqro Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Monteneqronun Azərbaycandakı diplomatik nümayəndəliyinə gedərək nümayəndəliyin rəhbəri Milica Buriclə görüşüb.
Nazirlikdən “İki sahil”ə verilən xəbərə görə, nazir Monteneqroda 10 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən faciə ilə əlaqədar Milica Buricə dərin hüznlə başsağlığı verib.
Nazir nümayəndəlikdə açılan matəm kitabına ürək sözlərini yazıb.
Əkbər Qoşalı Başqurdistan Yazıçılar Birliyinin ən yüksək medalı ilə təltif olunub - FOTO
Azərbaycandan bir qrup qazi və onların ailə üzvü Ankara Hava Muzeyi Baş İdarəsində olub