Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncə şəhərində mütəmadi olaraq vətəndaşlarla səyyar və fərdi görüşlər keçirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə Azərbaycan Texnologiya Universitetində sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib.
İcra Hakimiyyətindən “İki sahil”ə verilən məlumata görə, açıq hava şəraitində keçirilən görüşdə millət vəkili Pərvin Kərimzadə, Nizami və Kəpəz İcra Hakimiyyətlərinin başçıları Nizami Hacıyev, Eldəniz Xudiyev, İcra Hakimiyyətinin məsul əməkdaşları və aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.
Şəhər sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə işlə təminat, müalicə, mənzil növbəliliyi və digər məsələlər üstünlük təşkil edib. Niyazi Bayramov tərəfindən sakinlərin səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib, bir çox məsələlər yerindəcə öz həllini tapıb.
Qeyd edək ki, vətəndaşlarla səyyar görüşlər mütəmadi olaraq şəhərin müxtəlif ərazilərində keçirilir.
Əkbər Qoşalı Başqurdistan Yazıçılar Birliyinin ən yüksək medalı ilə təltif olunub - FOTO
Azərbaycandan bir qrup qazi və onların ailə üzvü Ankara Hava Muzeyi Baş İdarəsində olub