Görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Quliyevin heykəlinin ucaldılması prosesi başlayıb.
“İki sahil” xəbər verir ki, abidə keçmiş “Bakı” mehmanxanasının yerində salınmış parkda ucaldılacaq. Artıq ərazi hasara alınıb, müvafiq təmizləmə və tikinti işləri başladılıb. Yaxın günlərdə postament və heykəlinin quraşdırılacağı gözlənilir.
Heykəlin müəllifi heykəltəraş Tural Rzaquliyevdir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 20 may 2021-ci il tarixli sərəncamına əsasən, Tofiq Quliyevin abidəsi ucaldılması Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinə tapşırılıb.
Əkbər Qoşalı Başqurdistan Yazıçılar Birliyinin ən yüksək medalı ilə təltif olunub - FOTO
Azərbaycandan bir qrup qazi və onların ailə üzvü Ankara Hava Muzeyi Baş İdarəsində olub