19 avqust 2022 00:30
753

Yemək həmişə düzgün saatdan başlayır

ABŞ-da aparılan yeni  bir araşdırma göstərib ki, qida bədən saatımıza uyğun qəbul edildiyi zaman daha yaxşı həzm olunur.

Bu araşdırma qidanın tərkibi və miqdarı qədər yemək vaxtının da ən az bu qədər mühüm olduğunu göstərir. ABŞ-ın məşhur diyetoloqlar yeməyi müntəzəm intervallarla qəbul etməyi  məsləhət bilirlər.

Sübut olunub ki, böyük kalorili qidaları günün erkən saatlarında qəbul etmək piylənmə riskini azaldır.

İndi isə sirkadian ritminə (orqanizmimizin 24 saatlıq bədən saatı) nəzarət edən yeni bir araşdırma, yuxudan oyandıqdan sonrakı ilk səkkiz və on saat ərzində qida qəbul etməyi məsləhət görür. Beləliklə bədənə həzm, istirahət və bərpa üçün kifayət qədər vaxt vermiş olarıq.

ABŞ-ın Texas ştatının Dallas şəhərində yerləşən Salk İnstitutundan müəllim doktor və mövzu üzrə 10 illik tədqiqat nəticəsində ərsəyə gələn Sirkadian Kodu (The Circadian Code) adlı kitabın müəllifi Satçin Panda  qida qəbulunu sirkadian ritminə uyğunlaşdıraraq bədənimizin fəaliyyətini yaxşlaşıdıra biləcəyimizi deyib.

Onun sözlərinə görə, orqanizmimizdə demək olar ki, hər bir hüceyrə sirkadian saatına malikdir. Yəni, hər bir hormon, beynin hər bir kimyəvi hissəsi, hər bir ferment və hətta genom tərkibindəki hər bir gen günün müəyyən vaxtlarında qalxır və enir.

Bu o deməkdir ki, gün ərzində yuxunun, yeməyin, təhsilin, fiziki fəaliyyətin optimal vaxtı mövcuddur. Əldə etdiyimiz məlumatlara görə, bədənimiz yuxudan oyandıqdan sonrakı ilk səkkiz və on saat, maksimum 12 saat ərzində qidanı həzm edə və qida maddələrini hopdura bilir. Bu müddətdən kənarda bizim sirkadian saatımız dayanır və orqanizmimiz fərqli rejimə keçir - təmir, bərpa və yenilənmə.

Dr. S. Panda və Salk İnstitutundan həmkarları 10 il vaxt əsaslı qidalanma üzrə elmi araşdırma aparıblar.Onlar iki identik siçan qrupu üstündə bir tədqiqat həyata keçiriblər.

Birinci qrupa yüksək yağlı və şəkərli qidalar verilib və onlar istədikləri vaxt yeməkdən azad olublar.

İkinci qrupa da eyni kaloridə eyni qidalar verilib, amma onlar səkkiz saat ərzində yeyiblər.

Dr. S. Panda deyir ki, 18 həftədən sonra, istədikləri vaxt yemək yeyən siçanlar diabet və piy, yüksək xolesterin və bağırsaq xəstəliklərinə tutulublar.

Təəccüblü olsa da, səkkiz saat ərzində qida qəbul edən siçanların heç biri sadalanan xəstəliklərə yoluxmayıblar.

Dr. S. Panda izah edir ki, yeməyi dayandırdığımız zaman, ətraf-mühit və qidadan keçən toksinlər təmizlənir, xolesterin səviyyəsi aşağı enir və əzələlər, dəri, bağırsaq və hətta DNT bərpa olunur.

Səkkiz və 10 saatdan artıq yeməyə davam etmək bu proseslərə təsir göstərir. Çünki bədən qida maddələrini həzm edib, hopdurmaqla məşğul olur.

Satçin Panda, həmçinin qeyd edib ki, vaxt çərçivəsində qida qəbulu sağlamlıq üçün əla nəticələr verir. Elmi dildə biz bunu vaxt əsaslı qidalanma adlandırırıq. Bir çox insanlar aclıq və ya oruclu qalmaq sözünü bəyənmir.Biz nə və nə qədər yeyilməsi gərəkdiyini təbliğ etmirik. Lakin nə yediyinizə diqqət etmək və 8-10 saat - və ya maksimum 12 saat - qidalanmaq faydalı olacaq. Bu saatlardan sonra sağlam qida belə, zərərli yeməyə çevriləcək.

Samirə Tağıyeva, “İki sahil”