ABŞ-ın Uotsonvil şəhərində (Kaliforniya ştatı) hava limanına enərkən iki kiçik təyyarənin toqquşması nəticəsində azı iki nəfər ölüb.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məlumat yayıb.
Qeyd edilir ki, ikimühərrikli “Cessna 340”ın göyərtəsində iki nəfər olub, təkmühərrikli “Cessna 152”nin göyərtəsində isə yalnız pilot olub.
Şəhər rəsmiləri bir neçə nəfərin öldüyünü bildirib, lakin sağ qalanların olub-olmadığı məlum deyil.
Yerdə olan insanlardan heç kim xəsarət almayıb.
Trampın iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarə ələ keçirilib
Cim Retkliff Böyük Britaniyanın qaz çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib