19 avqust 2022 11:32
554

PSJ-dən Neymar və Mbappeyə xəbərdarlıq

PSJ-nin futbolçusu Neymar və Kilian Mbappe arasındakı gərginlik gündən-günə artır. 

Hücumçular bu dəfə Liqa 1-in 2-ci turunda "Monpelye" ilə matçda (5:2) hər kəsin gözü qarşısında mübahisə ediblər. Onların arasındakı gərginlik digər futbolçuları və klub rəhbərliyini narahat etməyə başlayıb. Rəhbərlik bu mübahisədən sonra Nerymar və Mbappeyə xəbərdarlıq edib. Klub bildirib ki, onlar birlikdə yaşamağı öyrənməlidirlər və kameralar önündə yaxşı və problemsiz görünməlidirlər.

Qeyd edək ki, daha əvvəl Mbappe Neymarın satılması üçün PSJ rəhbərliyinə müraciət edib. Hər iki futbolçu 2017-ci ildən PSJ-də oynayır.

Qol.az