19 avqust 2022 12:23
560

Canni De Byazi Bakıya qayıdıb

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıya qayıdıb.

“İki sahil” xəbər verir ki,  italiyalı mütəxəssis gəlişindən sonra bu gün ilk oyununu izləyəcək.

66 yaşlı baş məşqçi Şamaxıda eyniadlı komanda ilə "Səbail" arasında keçiriləcək Premyer Liqanın III turunun açılış matçına tribunadan tamaşa edəcək.

Qeyd edək ki, qarşılaşma saat 16:30-da başlayacaq.