YAP Cəlilabad rayon təşkilatının rəhbərliyi, aparat işçiləri və partiya fəalları 19 avqust 2022-ci il tarixdə Cəlilabad rayon Bəcirəvan kəndində şəhid Şərifov Mirnağı Qasım oğlunun doğum günü ilə əlaqədar şəhidin məzarını ziyarət etmiş, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanımızın məzarı üzərinə gül dəstələri düzmüş, əziz xatirəsini böyük ehtiramla yad etmişlər.
“İki sahil” xəbər verir ki, daha sonra tədbir iştirakçıları şəhidin ailəsi ilə görüşmüş, onların qayğı və problemləri ilə maraqlanmışlar. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və razılıqlarını ifadə etmişlər.
Əkbər Qoşalı Başqurdistan Yazıçılar Birliyinin ən yüksək medalı ilə təltif olunub - FOTO
Azərbaycandan bir qrup qazi və onların ailə üzvü Ankara Hava Muzeyi Baş İdarəsində olub