19 avqust 2022 16:53
431

Tovuzda fövqəladə hallarda davanış qaydaları müvzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi Tovuz rayonu, Ağdam kəndində işləməyən əhali üçün “Dinc və müharibə dövrlərində fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

“İki sahil”in FHN-in saytına istinadən verdiyi xəbərə görə, tədbirdə kənd sakinləri ilə yanaşı, Tovuz Rayon İcra Hakimiyyətinin və yerli bələdiyyənin məsul şəxsləri də iştirak edib.

Toplantıda fövqəladə halların təsnifatı, o cümlədən yanğınlar, zəlzələ, torpaq sürüşməsi, sel və daşqınlar və ölkəmiz üçün xarakterik olan digər fövqəladə hadisələrlə bağlı geniş məlumat verilib, bu hadisələr zamanı zəruri davranış qaydaları barədə ətraflı danışılıb. Bundan əlavə, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları əyani şəkildə nümayiş etdirilib.

Tədbirdə iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.