19 avqust 2022 17:01
464

DİM fəlsəfə doktoru imtahanlarında uğur qazanan şəxslərə müraciət edib

Dövlət İmtahan Mərkəzi fəlsəfə doktoru imtahanlarında uğur qazanan şəxslərə müraciət edib.

DİM-dən “İki sahil”ə bildirilib ki, 12 iyun və 7 iyul tarixlərində doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə fəlsəfə doktoru, iyunun 13-də isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarını uğurla vermiş iddiaçılar imtahanlarının nəticələrini özündə əks etdirən, imtahanların verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılan, Ali Attestasiya Komissiyasının müəyyən etdiyi formada şəhadətnamələri Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanındakı Dövlət İmtahan Mərkəzinin inzibati binasına yaxınlaşmaqla götürə bilərlər.