19 avqust 2022 17:06
471

Özəl baytarlıq xidmətlərinin göstərilməsi ƏDV-dən azad edilib

Əlavə dəyər vergisi ödəməkdən (ƏDV) azad edilənlərin əhatə dairəsi genişləndirilib.

“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, özəl baytarlıq xidmətlərinin göstərilməsi əlavə dəyər vergisindən azad edilib.
Eyni zamanda, layihəyə əsasən, Fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi 20 manat məbləğində müəyyən edilib.