19 avqust 2022 17:35
556

BMT-nin Baş katibi Odessada taxıl gəmisinə baxış keçirib - YENİLƏNİB

BMT-nin Baş katibi Antoniu Quterreş İstanbulda imzalanmış taxıl sazişi çərçivəsində daşınması həyata keçiriləcək 10 ton Ukrayna taxılının yükləndiyi gəmiyə baxış keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə Quterreş tviterdə yazıb. 

“Odessada taxılın yenidən gəmilərə yüklənməsini görmək çox həyəcanlıdır. Bu gəmi ən həssas insanlar və ölkələr üçün ümid daşıyacaq. #Ümumdünya humanitar yardım günü”, - o yazıb.

***

BMT-nin Baş katibi Antoniu Quterreş Ukraynaya səfəri çərçivəsində Odessa dəniz limanına gedib.

“İki sahil” xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko məlumat verib.

“BMT-nin Baş katibi Quterreş Odessa limanına gəlib”, - o bildirib.

Xatırladaq ki, A.Quterreş avqustun 17-dən Ukraynada səfərdədir. O, bundan qabaq Ukrayna Prezidenti Volodimir Zelenski və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşüb.