19 avqust 2022 19:23
435

3-cü dərəcəli “Rəşadət” ordeni şəhid Kənan Şahbazovun anasına təqdim edilib FOTO

Masallı rayon Çaxırlı kəndində şəhid əsgər Şahbazov Kənan Natiq oğlu ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

19 avqust 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin əməkdaşları və partiya fəalları Şəhidin ailəsini ziyarət etmişlər.

“İki sahil” xəbər verir ki,  görüşdə Şəhid əsgər Şahbazov Kənan Natiq oğlunun ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni Şəhidin anasına təqdim olunmuşdur. Rayon təşkilatının sədri Seyfəddin Əliyev Şəhidimizin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edmişdir.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.