19 avqust 2022 19:26
461

Günahkarlar öz cəzalarını alacaqlar

Qubanın Vəlvələ kəndindəki yanğın hadisəsi hüquq-mühafizə orqanlarında araşdırılacaq, günahkarlar öz cəzalarını alacaqlar.

“İki sahil” xəbər verir ki,  bu barədə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirib.

Onun sözlərinə görə, hadisə ilkin ehtimallara görə, insan ehtiyatsızlığı nəticəsində baş verib. Yanğının söndürülməsində FHN və ETSN-nin əməkdaşları ilə yanaşı, yerli sakinlər yaxından iştirak ediblər.

"Yanğınla bağlı soyutma işləri aparılır. Heç bir insan tələfatı olmayıb. Hava şəraiti imkan versə, 2 gün ərzində yanğını tam söndürmək mümkün olacaq. Quba rayonunda fərdi təsərrüfatlara heç bir zərər dəyməyib", - Z.Əliyev deyib.

Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Xaçmaz, Bakı, Salyan, Şamaxı və Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri, 2 helikopter, 1 amfibiya tipli təyyarəsi və canlı qüvvəsi cəlb edilib.