19 avqust 2022 21:41
472

Saatlıda Araz çayında boğulanların meyitləri tapılıb

Arazda boğulan şəxslərin meyitləri tapılıb.

“İki sahil” xəbər verir ki,  Saatlıda Araz çayında boğulan şəxslərin meyitləri tapılaraq aidiyyatı üzrə təhvil verilib.

Çayda boğulanların şəxsiyyəti müəyyən edilib. Saatlı rayon Qıraqlı kənd sakinləri, 1979-cu il təvəllüdlü Aslanov Süphan Nərçi oğlu və onun qardaşı oğlu, 1992-ci il təvəllüdlü Aslanov Əkrəm Taleh oğlu balıq tutarkən çayda boğulublar.