19 avqust 2022 21:44
462

Kanaldan intihar edən qadının meyiti tapılıb

Mingəçevirdə Yuxarı Qarabağ kanalında batan qadının meyti tapılıb.

“İki sahil” xəbər verir ki,  hadisə kanalın şəhərin sağ sahil yaşayış sektorundan keçən hissəsində baş verib.

1956-cı il təvəllüdlü şəhər sakini Səbzəliyeva Zeynəb Şahbaz qızının meyitinin tapılması üçün Aran dalğıc axtarış qrupu axtarışları davam etdirib. Bu gün qadının meyti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Z.Səbzəliyevanın intihar məqsədilə özünü kanala atdığı bildirilir.