"Kəpəz" FK-nun yeni baş məşqçisi Tərlan Əhmədovun təqdimat mərasimi keçirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhərindəki "Gənclər Evində" keçirilən mərasimdə klub nümayəndələri, idman xadimləri və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak edib.
Onunla 1 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, "Kəpəz" klubunun öncəki baş məşqçisi Yaşar Vahabzadə və məşqçilər korpusu bir müddət öncə istefaya göndərilib.
Azərbaycan Premyer Liqasında iştirak edən "Kəpəz" hələ ki heç bir komanda üzərində qalibiyyət əldə etməyib.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar