Türkiyə Super Liqasında baş tutan “Ankaragücü” – “Beşiktaş” oyununda qalmaqal yaşanıb.
“İki sahil” xəbər verir ki, Ankaragücü tribunalarından meydana daxil olan azarkeş “Beşiktaş”ın futbolçusu Cenk Tosunu təpiklə vurub.
Zərbədən sonra hücum edən şəxsə Josef de Souza müdaxilə edib.
İki komandanın azarkeşləri arasında illərdir davam edən gərginlik səbəbindən beşiktaşlı azarkeşlər səfər matçına aparılmayıb.
Matç boyunca “Beşiktaş” futbolçularının üzərinə yad cisimlər atılıb.
Oyundan sonra baş hakim Mete Kalkavan meydançaya daxil olan azarkeşə müdaxilə etdiyi üçün Josef de Souzaya qırmızı vərəqə göstərib.
Xatırladaq ki, matç 3:2 hesabı ilə “Beşiktaş komandasının xeyrinə başa çatıb.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar