Sentyabrın 5-də “İTOCHİ Oil Exploration Co” Ltd-nin prezidenti Takumi Hiraganın rəhbərlik etdiyi Yaponiya şirkətlərindən ibarət nümayəndə heyəti İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında olub.
“İki sahil” xəbər verir ki, şirkət nümayəndələrinə ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün yaradılmış əlverişli investisiya şərait, tətbiq edilən vergi və gömrük güzəştləri, sənaye zonalarında istehsal olunan məhsullar barədə məlumat verilib, sənaye zonalarının təqdimatı keçirilib.
Görüşdə Yaponiya şirkətlərinin sənaye zonalarına investisiya yatırması, sənaye zonalarında istehsal olunan məhsulların ixrac imkanları və digər əməkdaşlıq məsələləri müzakirə edilib, şirkət nümayəndələrinin sualları cavablandırılıb.
Sonra Yaponiya nümanyəndə heyəyi Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “STP” MMC-nin Kabel və Elektrik Avadanlıqları zavodlarında istehsal prosesi ilə tanış olub.
Kənd Təsərrüfatı Nazirliyində İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Bu ilin 8 ayında Azərbaycanın magistral qaz kəmərləri ilə 26 milyard 788 milyon kubmetr qaz nəql edilib
Yanvar-avqust aylarında Azərbaycan Hindistana 524 min 338 ton xam neft ixrac edib
ABB İnnovasiya Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə etdi